4,2 milyon dəyərində xəzinə tapıldı
20.08.2015 15:51 Maraqlı 3014
Birləşmiş Krallığın xəzinə ovçuları İspaniyanın 18-ci əsrinə aid qızıl pullar tapdıqlarını bildiriblər.
Reaksiya.az xəbər verir ki, bu qızıl sikkələrin ümumi dəyəri 4,2 milyon dollardır.
350 qızıl sikkədən ibarət xəzinə son üç yüz ildir Atlantik okeanının Florida sahillərində suyun dibində yatır.
Sikkələr Kubadan İspaniyaya səyahət edərkən qasırğa zamanı batan İspaniyanın 11-ci gəmilər donanmasına aiddir.
Xəzinə ovu Florida ətrafındakı sularda məşhur fəaliyyətdir. Bu kəşf xəzinə ovçularının ikinci tapıntısıdır. İlk dəfə onlar iyunda təxminən bir milyon dollar dəyərində 50 sikkə tapmışdılar.
İyulun sonlarında üzə çıxan 350 sikkə sahildən bir metr aralıda suyun dibində qumların altında tapılıb. ABŞ dövlət qanununa əsasən Florida tapıntının ümumi dəyərinin 20% -ni özündə saxlayacaq.
Sikkələri tapan dalğıc Villiam Bartlet yerli qəzetin puldan nə qədər vergi tutulacağı haqqındakı sualına cavab verməkdən imtina edib: “Mən sadəcə olaraq arzularımı yaşayan qayıqlı oğlanam”.
Qəzaya uğrayan gəmilərə dair hüquqları idarə edən Brent Brisben deyib ki, tapıntıya "kral səkkiz eskudoya satmışdı" kimi tanınan doqquz nadir sikkə nümunəsi də daxildir: “Sonuncu sikkələr tapılmazdan öncə cəmi 20 ədəd olduğu bilinirdi. Bu pullar kral ailəsinin sikkələrinin ən kamil nümunələridir və onlar İspaniya kralının əmri ilə hazırlanıb”.
Şərhlər