Mona Lizanın sirri açıldı - Maraqlı
20.08.2015 23:13 Maraqlı 2368
16-cı əsrdə məşhur rəssam Leonardo da Vinçinin çəkdiyi rəsm və incəsənət tarixinin ən qiymətli əsərlərindən biri olaraq qəbul edilən Mona Liza portretinin sirri açılıb.
Reaksiya.az xəbər verir ki, Fransanın paytaxtı Parisdəki Luvr muzeyində saxlanan tablo üzərində bir müddətdir ki, araşdırmalar aparan komanda ələkeçməz gülüş adını verdikləri və tabloya baxanların görə bilmədiyi Mona Lizanın gülüşünün niyə gözlə görünmədiyinin səbəbini tapdıqlarını bildirib.
Komanda adından açıqlama verən Sanderlend universitetinin alimlərindən Şeffield Hallam Leonardo da Vinçinin tablonu ‘sfumato’ adı verilən bir üsuldan istifadə edərək çəkdiyini deyib. Bu üsul sayəsində yaradılan illüziya ilə tabloya baxan şəxsin rəsmdəki qadının gülüşünü tuta bilmədiyini vurğulayıb.
Komanda hesab edir ki, Leonardo da Vinçi bu texnikaya ilk olaraq 1483-cü ildə etdiyi ‘Virgin of the Rocks’ adlı əsərində istifadə edib. Texnikanın başqa sənətkarlar tərəfindən kopyalanmağa çalışıldığını bildirən araşdırmaçılar əsərlərd ən heç birinin da Vinçi qədər uğurlu olmadığını düşünür.
Qeyd edək ki, yaxın günlərdə həyata keçirilən müstəqil tədqiqatda tabloda rəsm edilən Liza Gherardiniyə aid olduğu düşünülən məzarı tapmaq üçün DNT testinə müraciət edilmişdi.
Şərhlər