Bu sinifdə həm kitab oxuyurlar, həm də idman edirlər
21.08.2015 08:23 Maraqlı 2348
ABŞ-ın Şimali Karolina əyalətindəki bir məktəbdə aşağı siniflərə rəhbərlik edən Skot Ertl adlı müəllim şagirdlərin həm kitab oxumasına, həm də idman etməsinə səbəb olan bu ideyanın müəllifidir. İşlərinin çox olması səbəbindən kitab oxumağa vaxt tapa bilməyən müəllim idman zalına getdikdə pedal fırlatmaqla birlikdə kitab da oxuyur və bu metodu bəyənir. Daha sonra bunu məktəbdə tətbiq etmək qərarına gəlir və rəhbərliyi razı sala bilir. Beləliklə müəllimin istəyinə uyğun sinif hazırlanır və şagirdlər bu metodla kitab oxumağı çox bəyənir. Artıq nəticələr göstərir ki, bu üsul şagirdlərin kitab oxumağına da müsbət təsir edib.
Daha sonra isə 30 əyalətdə məktəblər bu cür siniflər hazırlayıb və şagirdlərin istifadəsinə verib.
Şərhlər