Şahzadə Diana nəvəsi ilə görüşüb?

21.08.2015 09:28     Maraqlı     2617

Fotoşopdan istifadə yolu ilə müxtəlif “möcüzələr” yaratmaq mümkündür. 

Reaksiya.az xəbər verir ki, sosial şəbəkələrdə şahzadə Diananın Kembric hersoginyası Keyt Midlton və qızı Şarlotta ilə yayılmış fotosu böyük səs-küy yaradıb. 

Diananın 1997-ci ildə ölümündən 2 ay əvvəl Tereza Ana ilə görüşü zamanı çəkilmiş şəkli fotoşop yolu ilə Keytin Şarlottanı xaç suyuna salarkən lentə alınmış fotosu ilə birləşdirib. 

İdeya müəllifi Lori İstvud adlı amerikalıdır. 

Qeyd edək ki, foto sosial şəbəkə istifadəçiləri tərəfindən çox bəyənilib. Hətta Dianaya qanad qoyaraq onu mələyə bənzətməyi təklif edənlər də olub. 



Şərhlər

Çox oxunanlar