Qlobal şirkətlərin hind mənşəli idarəçiləri - FOTOLAR
21.08.2015 10:46 Maraqlı 2814
Microsoft
Göz qamaşdıran Bill Geyts və əsəbi Stev Ballmerin sonra 2014 – cü ildən etibarən Amerika texnologiya nəhəngi Microsoftun rəhbərliyində Satya Nadella var. Heydərabadda doğulan Nadella ölkəsində elektron mühəndisliyi sahəsində akademik təhsil alıb, ABŞ-da kompüter elmləri və administratorluq oxuyub. Əvvəlki müdiri Bill Geyts xələfi üçün bunları demişdi: "Satya, geniş mühəndislik diapazonu ilə özünü sübut edib".
Ailəsi ilk dəfə telefon alanda Sundar Pichanın 12 yaşı var idi. 43 yaşındakı Picha indi proqramçı kimi başladığı “Google” rəhbərliyinə gətirilib. Picha ABŞ-a 1993-cü ildə Kaliforniyadakı Stanford Universitetində təqaüdlə yarımkeçirici fizika sahəsində təhsil almaq məqsədi ilə gəlib. “Google”də işə 11 il əvvəl 1 aprel 2004-cü ildə başlayıb.
Pepsi
“Forbes”in siyahısına görə İndra Nooyi dünyanın ən güclü qadınları arasındadır. 9 ildir ərzaq və içki nəhəngi “PepsiCo”nun rəhbərliyindədir. Varlı bir ailənin qızı kimi Hindistanda təhsil alıb və kariyerasına Amerika istehlakçı məhsulları şirkəti “Johnson & Johnson” şirklətinin Hindistandakı distributorunda başlayıb.
Adobe
Shantanu Narajenin peşə həyatı “Apple Adobe”nin zirvəsinə kimi uzanır. Onun macərası əvvəllər əslzadələrin təhsil aldığı Heydərabad özəl məktəbindən başlayıb. O da “Microsoft”un müdiri Nadella kimi internatda oxuyub. Eyni zamanda Nadellaya da dərs deyən G. Jananand "Tələbələrimiz qartaldır" deyir və əlavə edir: "Onlar yüksəkdən uçur və narahatlıq duymurlar. Hər bir çayı keçə bilirlər".
Nokia
150 illik fəaliyyəti dövründə kağız fabriki, rezin çəkmə istehsalçısı və nəhayət dünyanın ən böyük cib telefonu istehsalçısı oldu. Ancaq “Nokia” şirkəti uğur qazana bilməyəndə cib telefonu şirkətinin səhmləri 2014-cü ildə “Microsoft”a satılıb. Rajeev Suri “Nokia”nın səhmlərinə eyni il sahib oldu. Suri 2016 – cı ildə cib telefonu bazarına dönməklə bağlı planlar qurur.
Mastercard
55 yaşlı Ajaypal Singh Banga 12 aprel 2010-cu ildən etibarən “MasterCard”ın rəhbərliyindədir. Sadə bir ailədə məmur bir atanın uşağı kimi doğulan Banga Hindistanda yüksək təhsil alıb, kariyerasına “Nestle”dən başlayıb. 2015-ci ilin fevralında ABŞ prezidenti Barak Obama onu ticarət mövzularında məsləhətçi kimi təyin edib.
Diageo
Johnnie Walker “Guinness” və “Smirnoff Diageo” tərəfindən çıxarılır. Dünyanın ən böyük spirtli içki istehsalçısının başında 2013 – cü ildən bəri hind mənşəli İvan Menezes var. Qardaşı Victor Menezes də “Citybank”ın əvvəlki ikinci şəxsi idi.
Deutsche Bank - Berkshire Hathaway
Anshu Jain bu ilin iyun ayında “Deutsche Bank”ın idarə heyətinin sədrliyindən ayrılıb. Əmisi oğlu Ajit Jainin isə ABŞ investisiya şirkəti sahibi Warren Buffetin Berkshire Hathaway adlı holdinqinin idarə heyətinin sədrliyinə gətiriləcəyi deyilir.
Şərhlər