İnsan beyni istehsal edildi

21.08.2015 11:07     Maraqlı     2929

ABŞ-da Reno Anand adlı alim laboratoriya şəraitində beş həftəlik dölün beyniylə bərabər yetkinlikdə bir beyin istehsal etməyi bacarıb. 

Reaksiya.az xəbər verir ki, insan beyninin kiçik bir versiyası olan bu beyinin nevroloji xəstəliklərin müalicəsində köməkçi olacağı gözlənilir.

Reno Anandın fikrincə, bu, sadəcə inkişaf edən beyin kimi görünməklə kifayətlənmir, eyni zamanda fərqli hüceyrə növlərini, bir beyin kimi bütün genləri göstərir.

Yaşıl noxud böyüklüyündə olan beyində çox sayda hüceyrə növü, beynin bütün əsas sahələri və bir onurğa var, ancaq beynin damarsız olduğu müəyyən edilib.

Qeyd edək ki, beyin insanın dəri hüceyrələrindən istehsal edilib və indiyə kimi istehsal edilənlər arasında ən oxşarı kimi səciyyələndirilib.

Şərhlər