İstanbulda çılpaq adam ortalığı qarışdırdı

21.08.2015 17:38     Maraqlı     2556

İstanbulun Beşiktaş bölgəsində səkidə paltarlarını çıxaran bir kişi ortalığı qarışdırıb.

Reaksiya.az xəbər verir ki, o, polislər tərəfindən ərazidən uzaqlaşdırılıb.  

Beşiktaş İnönü Stadionunun üst hissəsində yerləşən səkidə dünən bir vətəndaş paltarlarını çıxarıb. Sürücülərin gözü qarşısında bütün paltarlarını çıxaran şəxs bir müddət səkidə gözləyib. Sürücülər çılpaq adamla üz-üzə gəlməmək üçün səmtlərini dəyişiblər. Daha sonra otların üzərinə çıxan şəxs özünü günə verib.

Hadisə yerinə gələn polislər ona paltarlarının geyinməsinə kömək edib.

O, sonda polisdən onu Cihangirdə yaşadığı evinə aparmalarını xahiş edib.

Ərazidən uzaqlaşdırılan adamın əqli yerində olmadığı öyrənilib.

Şərhlər