NASA-dan "dünyanın sonu" açıqlaması

22.08.2015 07:29     Maraqlı     2463

Son günlər sosial şəbəkələrdə bu ilin sentyabr ayında Yer kürəsinə təhlükəli meteoritin yaxınlaşacağı ilə bağlı xəbərlər geniş yayılıb. İddia olunur ki, planetimizə yaxınlaşan bu meteorit daha əvvəl Yerə toxunduqda dinozavrların kökü kəsilmişdi. Bu dəfə Atlantik okeanına düşəcəyi deyilən göy cisminin milyonlarla insanın ölümünə səbəb olacağı ehtimal olunur. Hətta bu barədə İngiltərənin nüfuzlu "The Mirror" qəzeti də yazıb.
NASA-nın bütün bunlara reaksiyası gecikməyib. Bildirilib ki, nəinki bu ilin sentyabrında, ümumiyyətlə yaxın illər ərzində Yer kürəsinə belə bir daşın yaxınlaşacağı gözlənilmir və səslənən iddialar əsassızdır.

Şərhlər