Təyyarədə doğuldu, təyyarədə işə düzəldi

22.08.2015 09:02     Maraqlı     2290

1990-cı ildə təyyarədə dünyaya gələn Türkiyə sakini Erkan Geldi “Turkish Airlines” hava şirkətində işə düzəlib. Reaksiya.az musavat.com-a istinadən xəbər verir ki, Erkanın anası onu İzmir-Frankfurt səfəri zamanı 9 aylıq hamilə ikən dünyaya gətirib. Uşağı təyyarənin Erkan adlı pilotunun şərəfinə belə adlandırıblar. 
 
Hazırda 25 yaşı olan Erkan isə ingilis dili müəllimi olaraq bakalavr təhsili alıb. Amma təhsilini bitirəndən sonra təyyarədə stüard işləməyə qərar verib. İş görüşməsi zamanı E.Geldi bildirib ki, o, bu peşəni yox, bu peşə onu seçib: “Mənim atam Almaniyada işləyirdi və biz tez-tez təyyarə səyahəti etməli olurduq. Hər dəfə təyyarəni görəndə fikirləşirdim ki, görəsən orda işləmək maraqlı ola bilərmi?” 
 
2009-cu ildə “AirAsia” aviakampaniyası təyyarədə doğulan bir uşağa ömür boyu pulsuz uçuş haqqı hədiyyə edib. Həmin oğlan təyyarə yerdən 610 metr yüksəklikdə olanda, konkret olaraq Kuala-Lumprun üstündən keçəndə dünyaya gəlib.
 

 

Şərhlər