Tumris, Kirin başını cəsarətlə kəsən qədim cəngavər Kraliça
16.01.2023 13:20 Maraqlı 1369
Persiyalar miladdan əvvəl 530-cu ildə onun məmləkətinə hücum edəndə, Kraliça and içdi ki, onların şahını qana qərq edəcək – və belə də etdi.
Keçmişdə ərazilərin ələ keçirməsi uğrunda hökmranlar arasında toqquşmalar baş verib. Miladdan əvvəl 530-cu ildə bir cəngavər qadın Persiya şahı ilə bir döyüşdə üz-üzə gəldi və baş verən toqquşmada sadəcə biri məğlub oldu. Bir çox cəhətlərə görə, əslində, Persiya kralı bu döyüşdən qalıb çıxmalı idi. Persiya kralı, Kir, şimal sərhədlərində yerləşən yaylaqları ələ keçirmək sevdasına düşərək 200 minlik bir ordu topladı. Bu yerlər yam-yaşıl otlaqlarda at saxlamaqla dünyada tanınan, köçəri Massagetlərin ölkəsi idi və miladdan əvvəl 530-cu ildə Tomris Kraliça onlara başçılıq edirdi.
Cəngavər Tumris, cəngavər kraliça Əsərin müəllifi: Mattia Preti 2
Tomris Kraliça öz döyüşləri ilə məşhur idi. O son dərəcədə öz millətinin qayğısına qalan kraliça idi. Kir isə Massagetlər və onların kralıçasını əlçatan bir hədəf sansa da, Kraliça Tomrisə qarşı başladığı döyüş onun üçün acınacaqlı bir sonluqla başa çatdı.
Massagetlərin cəngavər kralıçası
Persiya imperiyasının ərazisi qərbdə aralıq dənizindən şərqdə Hind çayına qədər uzanır və həmin dövrdə dünyanın ən böyük imperiyalarından biri olmaqla istənilən düşməni aradan götürməyə qadir idi. Massagetlər krallığı isə Persiya ilə müqayisədə qat-qat kiçik idi. O Miladdan əvvəl altıncı əsrdə Persiya imperiyasının şimal sərhədləri, Xəzər dənizinin şərqində yerləşən ərazilərə hökmranlıq edirdi. Massagetlər Orta Asiyanın geniş otlaqlarında yaşayan köçəri bir xalq idi. Massagetlərdə qadınlar atların otlaması ilə yanaşı döyüşlərdə də bir döyüşçü kimi döyüşən həm də hökmranlıq edən təbəqə olub. Yunan tarixçisi, Herodot, öz tarix kitabında bu xalq haqqında belə yazıb: “onlar həm at belində həm də piyada döyüşdə məharəti olan bir xalqdır. Onlar ox və nizə ilə döyüşməyi bacarsalar da sevdikləri silah balta olub.”
Kir Babil şahını məğlub edib onun ərazisini öz torpaqlarına qatandan sonra şimal sərhədində yerləşən Massagetlər ərazisini zəbt etməyə qərar verdi. Burada təkcə bir problem var idi: Kraliça Tomris onun qarşısında diz çökmək istəmirdi. Tomris, həyat yoldaşı dünyasını dəyişəndən sonra, Massagetlərə başçılıq edirdi.
Kraliça Tomris Əsərin müəllifi: intibah dövrünün rəssamı Andrea del Castagno Əsər Uffizi Qalereyasında saxlanılır
Bu cəngavər kraliça, oğlu Sparqapisesin köməyi ilə, öz ərazisini müdafiə edirdi. Kir şimala qoşun göndərmədən əvvəl məsələni diplomatik yolla yerinə qoymağa çalışdı: o öz elçisini Kraliça Tomrisin yanına göndərərək ona evlənmə təklifi etdi. Üzdə belə olsa da, əslində, məqsəd Massagetlərin ərazisinin ələ keçirməsi idi. Herodotun yazdığı tarixə istinadən Tomris elçiyə “o təkcə özü yox başçılıq etdiyi krallığa məxsusdur” – diyə rədd cavabı verərək, Kirə öz torpağını idarə etməklə məşğul olmağı və onun torpağından gözünü çəkməyi tövsiyə etdi. Bunu eşidən Kir artıq Massagetlərin torpağına hücuma keçməyə qərar verdi.
Kraliça Tomris Kriə qarşı Persiyalıların qoşunları sərhədə çatanda Tomris Kraliça Kirə bir mesaj göndərdi, əgər geri çəkilməsən, Massagetlər üç gün içində onlara hücum edəcəklər. Üç gün keçəndən sonra Persiyalılar Massagetlərə qarşı bir hilə işlətdi və həmin hilə də Kirin sonu oldu.
Persiyalılar ağıllı bir fikir işlətdi. Massagetlərin ərazisini tərk edərək çayın digər tərəfinə geri çəkildilər. Onlar geri çəkilərkən çadırlarını və içində çoxlu içki və çaxır buraxdılar. Köçəri atçılar şərabın nə kimi təsiri olacağından xəbərsiz idi – onlarda nə üzüm tarlası olurdu nə də fermentasiyanın nə olduğunu bilirdilər. Herodotun yazdığına görə, Massagetlərin qəbul etdikləri əsas içki süd olub. Massagetlər Persiyalıların geri oturduqları üçün onların qoyub getdikləri içkindən, şərabdan, içməklə qeyd etdilər.
Kir döyüşə girir Əsərin müəllifi: Chateau de Versailles
Persiyalılar sərxoş halında olan Massaget döyüşçülərinin bir çoxunu, o cümlədən Tomrisin oğlunu, girov götürdülər. Əsir düşmələrindən utanan Massaget döyüşçüləri özlərini öldürmək üçün Kirə müraciət etdilər. Kir buna şərait yaratdı və Tomrisin oğlu özünü öldürdü. Deborah Levine Gera yazdığı “Judith” adlı kitabında şərh etdiyi kimi, Tomris Kiri oğlunun ölümündə günahlandırdı. O Kirə mesaj göndərməklə onu öldürəcəyini vəd edərək dedi: “qan içən Kir! Bu sənin uğurun yox, üzüm suyunun təsirindəndir. Siz bu içkidən içəndə dəli halına gəlirsiniz .... ancaq bu zəhərin təsiri altında mənim balamı girov götürək ona qalib gələ bildiniz mərdcəsinə bir döyüşdə yox.” Tomris əlavə etdi: “oğlumu mənə qaytar qaniçən! Əgər bunu etməsən, and ola Massagetlərin tanrısı günəşə, səni qan içində qərq edərəm.
Kraliçanın intiqamı Tomris oğlunun ölümündə Kiri günahlandıraraq ondan intiqam almaq qərarına gəldi. “Mən səni qan içində qərq edəcəyəm” diyə Tomris Kirə səsləndi. Persiya şahı onun sözünə məhəl qoymayandan sona, ordusunu səfərbər edərək Persiyaya hücum etdi. Massagetlər Persiya şahı ilə elə bir döyüş başladılar ki, Herodot o döyüşü iki qeyri-yunan arasında gedən ən qanlı döyüş adlandırıb. İki düşmən nizə və xəncərlə yaxın bir döyüş aparır və heç biri digərinə qalıb gələ bilmirdi. Kir Massagetlərə asanlıqla qalib gələcəyini zənn etmişdi.
“Kraliçanın rəqsi” Əsər cəngavər Tomrisin şərəfinə Ben Jonson tərəfindən çəkilib
Persiyalıları böyük bir imperiya olmaq və saysız-hesabsız orduya sahib olmaq qürrələndirmişdi. Tomrisin cəngavərliyi və Kirin başını kəsməyi bir məqsəd kimi qarşıya qoyması, Massagetləri sona qədər döyüşməyə vadar etdi. Döyüş zamanı Kir həlak oldu. Döyüşdən sonra Kraliça Tomris ordusuna “gəzin Kirin leşini tapın” fərmanı verdi. Onlar ölənlərin leşi içində Kiri axtarmağa başladılar. Onun leşini Kraliçanın yanına gətirəndə, O Kirin başını bədənindən ayıraraq insan qanı ilə dolu bir çanağın içinə saldı.
“Mən indi ayaqdayam və səni döyüşdə qəhrəmancasına məğlub etsəm də, oğluma hiylə işlətdiyin üçün könlüm evi viran oldu” diyə Tomris Persiya şahının başına səsləndi. Sonra Tomris Kirin başını qan çanağına ataraq dedi: “indi səni qana qərq edib özümə bununla təskinlik verirəm.” Tomris hekayəsi uzun müddət, Massagetlərdən sonra da, yaşadı. Bu cəngavər Kraliçanın düşmənin başını kəsməsi uzun müddət orta əsr dövrü rəssamlarının ilham mənbəyi oldu. İntibah dövrünün incəsənət ustaları Kirin Tomris tərəfindən cəzalanması səhnəsini öz əsərlərində canlandırdılar. Görəsən həqiqətənmi Tomris Kirin başını belə qəddarcasına kəsmişdi? Kirin sonu barədə məlumat olduqca azdır. Kirin ölümündən bir əsr sonra onun tarixini qələmə alan Herodot deyir, Kirin ölümü barədə bu rəvayət başqa rəvayətlərdən daha çox dillər əzbəridir.
Tomris Kraliçanın 18-ci əsrdə çəkilmiş təsviri Rəssam: Jean-Simon Berthelemy
Kirin ölümündən sonra Tomrisin taleyi barədə tarixdə heç nə qeydə alınmayıb. Onun qəddarlığı və rəhimsizliyi hekayəsi isə min illər boyu dillər əzbəri olub.
Kirin başının Tomrisə təqdim olunma anı Rəssam: Peter Paul Rubens – İncəsənət muzeyi
Məqalənin müəllifi: Genevieve Carlton
Tarix üzrə fəlsəfə doktoru, Louisville universitetinin professoru
Tərcümə etdi: Əli Şükrü (Ali Shokri)
Şərhlər