“Azərbaycan öz torpağına sahib olacaq” - Vanqa

22.08.2015 12:42     Maraqlı     5921

YAXIN İLLƏRİN PROQNOZLARI

Dünyanın ən məşhur öncəgörücülərindən hesab olunan Vanqa və Nostradamusun illər öncə verdikləri proqnozlar tarixin sonrakı gedişində tədricən öz təsdiqini tapıb.

2015-ci il üçün verilən proqnozları ürəkaçan hesab etmək olmaz. Vanqa Nostradamusun bir sıra proqnozlarını dəstəkləyib. 2015-ci il üçün olan proqnozlar arasında işsizliyin özünün pik həddinə çatacağı, bunun isə öz növbəsində arxasınca oğurluq və xarabalıqlar gətirəcəyi yer alıb. Vanqanın xərçəng xəstəliyinə qarşı dərman aşkar ediləcəyi haqda proqnozunu 2015-in ən xoş proqnozu kimi dəyərləndirmək olar.

Vanqanın 1993-cü ildə yayılan videorolikində Azərbaycanla bağlı proqnozlar səsləndirilib. O qarşıdakı 30 il ərzində Azərbaycanda baş verəcək hadisələr barədə fikirlərini bölüşüb: “Siz çoxlu qan olan ölkədən gəlmisiz. Uşaqların ağlamağını eşidirəm, öz gəlinliklərini yandıran qızlar görürəm. Geri çəkilin. Siz tale ilə sizə qismət olmayacaqlar uğrunda mübarizə aparırsız. Məğlub olacaqsız. 30 il sonra onlara öz torpaqlarına sahib çıxmaq qismət olacaq. Xeyir qalib gələcək və insanlar xoşbəxt yaşayacaqlar”.

Sözügedən öncəgörücülərin 2015 üçün Rusiya, Türkiyə, İranla bağlı fikirlərini də ürəkaçan hesab etmək olmaz.

Nostradamusun proqnozları sırasında 2015-ci ildə Rusiyada yeni dinin yaranacağı və əsrin 40-cı illərinədək dünyanın bir çox ölkələrini əhatə edəcəyi qeyd olunur.

Yaxın Şərqlə bağlı proqnozlarda isə münaqişələrin artacağı, İranın Türkiyəyə ultimatum elan edəcəyi və bununla da dövlətlərin üçüncü dünya müharibəsinin astanasında olacağı bildirilib. Xristian və müsəlmanlar arasında başlanmış münaqişələr  Çin tərəfindən yoluna qoyulacağı proqnoz edilib. 

Sonda qeyd edək ki, bunlar sadəcə proqnozlardır. Nə baş verəcəyini isə zaman göstərəcək.

Şərhlər