Sinem Kənanın təklifinə “yox” dedi
22.08.2015 14:45 Maraqlı 3074
Sinem Kobal Kənan İmirzalıoğlu ilə bir evdə yaşamaq istəmir
Türkiyənin məşhur aktrisası Sinem Kobal ilə aktyor Kənan İmirzalıoğlu 5.5 aydır ki, eşq yaşayır.
Reaksiya.az xəbər verir ki, iyunun əvvəlindən bu yana London, Bodrum və Marmarisdə istirahət edən sevgililər 1 həftə əvvəl İstanbula qayıdıb.
Sinem Kobal Boğazda aylıq kirayəsi 5 min TL olan evini bağlayıb sevgilisi Kənan İmirzalıoğlunun lüks dairəsinə köçdüyü iddia edilib.
Ancaq sonda bu informasiya öz təsdiqini tapmayıb, Kənan İmirzalıoğlunun Sinem Kobala birlikdə yaşamaq təklifi müsbət qarşılanmayıb.
Hazırda aktrisanın öz evində yaşadığı deyilir.
Bu arada cütlüyə yaxın mənbələr "Kənan evlənmək istəyir. Bunu Sinemə deyib. 2016-cı ildə nikah mərasimi olcaq” fikirlərini səsləndiriblər.
Qeyd edək ki, Sinem Kobal 2 il öncə İspaniyanın “Barselona” klubunun futbolçusu Arda Turanla evliliyin kandarından qayıdıb.
Cütlük 3 il nişanlı qaldıqdan sonra ayrılıblar.
Şərhlər