"Ulduz savaşları" əyləncə parkı gəlir - VİDEO

22.08.2015 15:50     Maraqlı     2607

“Walt Disney” qrupu, "Ulduz savaşları" mövzulu əyləncə parkı qurmağa hazırlaşır. Parkda “Minilliyin Şahini” ilə uçmaq da mümkün olacaq.

Reaksiya.az xəbər verir ki, Disney, yaxında "Ulduz savaşları" pərəstişkarlarına təkcə yeni filmini təqdim etməklə kifayətlənməyəcək, eyni zamanda əyləncə parkı da quracaq. Disney tarixinin ən böyük əyləncə parkı layihəsi "Star Wars Land" Tatooine, Alderaan və digər qondarma yerləri, hətta əmr mərkəzi “Minilliyin şahini” ziyarətçilərlə görüşdürəcək.

“Ulduz savaşları” ardıcıllığının son filmi "Qüvvələr oyanır"un rejissoru J.J.Abrams da bu məsələyə toxunub: "Ulduz savaşları" kainatın simvoludur. Əlbəttə ki, hətta bəlkə şüa qılıncından belə qabaqda gələn Minilliyin Şahini kosmik gəmisidir. Şahin ilə uça bilməyəcəyim bir ““Ulduz savaşları” parkını xəyal belə edə bilmirəm".

Disneyin quracağı “Ulduz savaşları”nın rəsmi olaraq nə zaman açılacağı hələ naməlumdur.

Şərhlər

Çox oxunanlar