Zirəddindən ŞOK PROQNOZ: Az qalıb, dünya bir göz qırpımında dağılacaq - ŞOK

18.07.2023 13:23     Maraqlı     1598

Monoteist və ya təktanrılı dinlərdə və bununla yanaşı bir çox inanclarda Qiyamət Günü anlayışı mövcuddur. Bu anlayışa görə, dünyanın sonu gəldikdə bütün ölülər dirilərək məhşər meydanında toplanacaq. Din adamları Qiyamətlə bağlı bir çox fikirlər irəli sürüb. Həzrəti Məhəmməd qiyamət yaxınlaşarkən saatın sürətlə hərəkət edəcəyi, insanların zinaya meyilli olacağı, insanların başına qəribə hadisələrin gələcəyi, ateistlərin çoxalacağı və s. kimi ifadələr deyib. Bu gün bu ifadlərə əsasən bir çox insanlar qiyamətin yaxınlaşdığını, hətta bu prosesin başlamış olduğunu iddia edir.

"Reaksiya.az" xəbər verir ki, mövzu ilə əlaqədar Publika.az-a danışan tanınmış ekstrasens Zirəddin Rzayev bildirib ki, bir çox situasiyalar bizə dünyanın sonunun yaxınlaşdığını xəbər verir:

"Bildiyimiz kimi, son zamanlar dünyanın hər yerində baş verən hadisələr o qədər də ürəkaçan deyil. Haqsız yerə tökülən qanlar, teraktlar dünyada, beynəlxalq qanunvericilikdə qanun pozuntuları və s. sanki harmoniya pozulub, disbalans yaranıb. Mənim evimdə Moldovadan içşçilər işləyir, evi təmir edirlər. Onlar mənə danışdılar ki, hal-hazırda Moldovada qərar qəbul olunub və məktəblərdə LGBT dərsləri keçiriləcək. Yəni Qərbdə olduğu kimi. Bildiyiniz kimi, Moldovanın özü də Qərb yönümlü bir dövlətdir. Orada azyaşlı uşaqlara homoseksualizmi tədris edəcəklər. Artıq bu homoseksualizm, ümumiyyətlə, beynəlxalq qanunvericilikdə dəstəklənir. Onları dəstəkləyirlər, önə çəkirlər. Mənə evimi təmir edən ustaların danışdığına görə, kim məktəbdə həmin o LGBT tədrisinə riayət etməsə, məktəbə getməsə onlar imtahana buraxılmayacaqlar. Siz bilirsinizmi bu nə deməkdir? Onun üçün də bugünkü gündəmdə kişilərin tibbi əməliyyat yolu ilə özlərini qadına çevirməsi və ya qadınların özlərini kişi eləmələri dünyanın sonunun yaxınlaşdığını bizə xəbər verir”.

Onun sözlərinə görə, qiyamət yaxınlaşıb və bir göz qırpımında dünya məhv olacaq: “Hədisdə də var ki, Allahın elçisi buyurur “qadınlar kişilərə bənzəməyincə və kişilər də qadınlara bənzəməyincə qiyamət qopmaz”. Onun üçün də mən bir görücü kimi sizə deyə bilərəm ki, son zamanlar dünyamızda baş verən təbii fəlakətlər, zəlzələlər, su daşqınları maqnitləşmə, uraqanlar və sairə kimi kataklizmalar bizə Allahın qəzəbini göstərir. Mən sizə tam əminliklə deyə bilərəm ki, qiyamət yaxınlaşıb və bir göz qırpımında dünya məhv olacaq. Bir göz qırpımında gördüyümüz bu yaşıl, cənnətəbənzər dünya bir anda anda cəhənnəmə, atəşə çevriləcək. Çox təəssüf ki, mən dediklərim həqiqətdir və qaçınılmazdır. Mən burada insanları qorxuya salmaq istəmirəm. Amma artıq yaşadığımız dünyanın var olması ilə var olmaması arasında heç bir fərq yoxdur. Bu mövzuda yəqin ki, mənlə razılaşarlar.”

Ekstrasens bildirib ki, biz artıq dünyanın sonuna doğru gedirik: “Hətta heyvanlar belə öz həyatlarını, öz ömürlərini insanlardan daha ləyaqətli yaşayırlar. Bəli, dünyanın sonu yaxınlaşıb, neçə il olduğunu deyə bilmirəm, amma atıq sona doğru gedirik. İbrahim Tatlısesin ifa etdiyi bir mahnı var, “mənə nə borandan, qardan, mənə nə bahardan, yazdan, aşağıdan, yuxarıdan yolu sonu görünür”. Əvvəlki müsahibələrimdə də bildirmişəm. Qarşıdan gələn illər mənə Nuh tufanını xatırladır. Su daşqınları ilə dünya böyük fəlakətlər yaşayacaq. Beynəlxalq dünya səviyyəsində elə bir su daşqınları olacaq ki, sanki Nuh tufanı geri qayıdır. Mən bunu demişəm, yenə də bu kəhanətimi təkrarlayıram.”

Reaksiya.az

Şərhlər

Çox oxunanlar