Azteklərə aid “kəllə qəbiristanlığı” tapılıb
22.08.2015 17:47 Maraqlı 2285
Arxeoloqlar qədim Azteklərin paytaxtı Tenoçtitlanda aparılan qazıntılarda qurban edilən onlarla insana aid kəllə ortaya çıxarıblar. Arxeoloqlar həmin ərazidə 60 min kəllənin ola biləcəyini düşünür.
Tenoçtitlandaki Temple Mayor (Böyük Məbəd) yaxınlığında aparılan qazıntılarda, Tanrılara qurban edildiyi düşünülən onlarla insanın kəllə ortaya çıxarılıb. 500 il əvvəl keçirilən ayinlərə aid olduğu düşünülən kəllələrin halqa meydana gətirəcək şəkildə düzüldüyü ortaya çıxıb.
Meksika Milli Antropologiya və Tarix İnstitutu (INAH) tərəfindən verilən açıqlamada, kəllələrlə örtülən qəbirlərin 1485 -1502 – ci illərdə qazıldığı ifadə edilib.
Arxeoloqlar aparılan qazıntılarda indiyə kimi35 kəllənin olduğunu, ancaq daha çox insanın qurban edilə biləcəyini düşündüklərini bildiriblər.
Şərhlər