Ərdoğan döyülən hakimə zəng etdi - FOTOLAR

12.12.2023 14:06     Maraqlı     495

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ankaragücü” – “Rizespor” matçından sonra döyülən və xəstəxanaya yerləşdirilən hakim Halil Umut Melerə zəng edib.

"Reaksiya.azxəbər verir ki, ölkə başçısı referiyə dəstəyini bildirib. Ərdoğan Melerə hadisə ilə bağlı araşdırma aparılması üçün nazirlərə tapşırıq verdiyini söyləyib. 

Qeyd edək ki, “Ankaragücü” klubunun prezidenti Faruk Koca “Rizespor”a qarşı keçirdikləri matçdakı idarəçilikdən narazı qalaraq final fitindən sonra baş hakim Halil Umut Meleri yumruqla vurub. Referi aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib. 

 

 
 

Şərhlər

Çox oxunanlar