Zukenberqin 270 milyon dollarlıq sığınacağı – İçərisində nələr var?
18.12.2023 13:24 Maraqlı 475
“Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukenberqin 270 milyon dollarlıq yeraltı sığınacaq inşa etdiyi bildirilir.
Sığınacaqda qida və enerji ehtiyatları istehsal etmək bekə mümkündür. Havay adalarındakı sığınacağın sahəsi 5 min kvadrat metrdir və burada tunelləri birləşdirən iki mərkəzi bina mövcuddur. Sığınacaqda 30 yataq və vanna otağı, həmçinin kəndir körpülərlə birləşən, ağacdan inşa edilən 11 ev var.
Xəbərə görə, sığınacağa giriş nərdivanla olacaq və ətrafı partlayışa davamlı beton və polad qarışığı divarlarla əhatə olunacaq.
Zukenberqin sözçüsü bildirib ki, sığınacağın yerləşdiyi torpaq sahəsini almaq üçün 170 milyon dollar vəsait xərclənib.
Zukenberqin 20-dən çox kamera ilə daimi nəzarət altında olacaq sığınacağında çalışan işçilərə məxfilik müqaviləsi imzalatdırdığı iddia edilib.
Qeyd edək ki, həmin ərazidə Bill Qeyts və Ceff Bezosun da sığınacaq inşa etdiyinə dair xəbərlər var.AzPolitika.info
Şərhlər