Geomaqnit qasırğası gözlənilir
22.01.2024 11:18 Maraqlı 315
Kosmik hava proqnozuna görə, 22-28 yanvarda C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 50%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.
"Reaksiya.az" xəbər verir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, enerjisi 2 MeV-dən çox olan elektron selinin 20 yanvarda baş vermiş TKA-nın təsiri ilə yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.
“20 yanvarda baş vermiş TKA-nın təsiri gözlənilir. Bu gün və sabah G2 (orta) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır”, – deyə məlumatda qeyd edilib.
Şərhlər