Becərdiyi qabaqı yeyib öldü

23.08.2015 09:30     Maraqlı     1710

Təqaüddə olan kişi həyətində becərdiyi qabaqı yeyib ölüb

Almaniyanın Baden Vürtemberq əyalətinin Heidenheim qəsəbəsində yaşayan 79 yaşlı təqaüdçü həyətında yetişdirdiyi qabaqı yeyəndən sonra halı pisləşib və xəstəxanada həyatını itirib.

İki həftə əvvəl becərdikləri qabaqı yeyən ər və arvad mədə, bağırsaq narahatlığı şikayəti ilə xəstəxanaya aparılıb. Yaşlı cütlük qabaq yeməyini yedikdən sonra acıtəhər dad hiss etdiklərini, buna baxmayaraq yeməyi yediklərini söyləyiblər. Xəstəxanada zəhərləndikləri öyrənilən cütlüyün həyat yoldaşı xilas olarkən əri həyatını itirib.

Həkimlər yaşlı cütlüyün qabaqda olan birləşmə maddə Cucurbitacinin zəhərlənməyə yol açdığını deyib. Baden Vürtemberq əyaləti Bağbanlar Dərnəyi əhalini qabaq, xiyar, qarpız, qovun kimi tərəvəz və meyvələri yedikdə diqqətli olmağa çağırıblar.  

Acı dad hiss edərsəniz əsla yeməyin

Offenburg Bağbanlar Rəhbəri İngrid Bülow, Hohenheim Universiteti Əkinçilik müəllim Judith Pfenning xüsusilə qabaq hazırlamaq istəyənlərin keçmiş qabaq toxumu istifadə etməməsi, toxumda həm dişi, həm də erkək orqanın bir arada olması, əkilən yerdə çiçək və başqa bitki mayalanması toxumun kimyəvi tərkibini pozduğunu bidlirblər. Bağbanlar qabaq toxumunun təzə satın almasını tövsiyə ediblər.

Şərhlər