Yorğunluğunuzu aradan qaldıracaq 20 təklif
23.08.2015 10:36 Maraqlı 2271
Gərgin iş günlərində özünüzü davamlı yorğun hiss edirsiniz?
Məhz yorğunluğunuzu aradan qaldıraca 20 təklif!
Həkimlər bir çoxumuzun yaşadığı xroniki yorğunluğu aradan qaldırmaqla bağlı təkliflər veriblər;
1-Depresiyadasınızmı? Halsızlıq, yorğunluq, baş ağrısı, anoreksiya ən sıx rast gəlinən hallardır.
2-Yeterli və keyfiyyətli yuxu ən son nə vaxt yatmısınız? Böyüklər orta hesabla gündəlik 7-8 saat yuxu yatmalıdırlar. Böyümə inkişaf dövründəki uşaqlar isə 9-10 saatdan daha az yuxuya getməməlidir. Yuxusuzluq bədənin yuxuda yenilənməsi prosesinin ləngiməsinə səbəb olur.
3-Yuxusuzluq problemimi yaşayırsınız? Obez və koah xəstələrinin ən böyük dərdidir! Yuxu əsnasında müəyyən fasilələrlə tənəffüs dayanır. Bu fasilələr adamı yuxudan oyadır, ya da dərin və sağlam bir yuxu dövrü yaşamasına mane olur. Mütləq həll etməkmi istəyirsiniz? Siqaret və digər risk faktorlarını həyatınızdan uzaqlaşdırın!
4-Yetərsiz qidalanırsızmı? Az yemə nəticəsində yaranan enerji çatışmazlığı, yorğunluq, qanda şəkərin aşağı düşməsi adamı yorğun edir. Etməniz gərəkən 3 dəfə düzgün yemək yeməli, zülal və kompleks karbonhidrat istehlakına diqqət etməlisiniz. Həyat daha yüngül və asan olacaq.
5-Anemiya ilə mübarizə aparırsınız? Aybaşı zamanı çox qan itgisi səbəblərdən biridir və dəmir çatışmazlığına səbəb olur. Dəmir qırmızı qan hüceyrələrinin quruluşuna təsir edir. Toxumalara oksigen daşınmasını təmin edir. Əskik vitaminin yerini doldurmaqla (Demir, b12, folikasit kimi), yaxşı və yetərli qidalanmaqla həll etmək olar.
6-Həddindən artıq kofein qəbul etdiyinizin fərqindəsinizmi? Əsəbilik, yuxusuzluq, ürək döyüntüsünün artması, təzyiq yüksəkliyi bunların başlıca səbəbi kofein qəbulundandır. Həddindən artıq kofein qəbulu yorğunluğa səbəb olur. Kofein tərkibli içki, dərman, qəhvə və çayın həddən artıq qəbulundan çəkinin!
7-Yetəri qədər su içmirsiz? Gün ərzində yorğunluğunuzun səbəbi maye qəbulu ehtiyacınızın az olması ola bilər.
8-Növbəli işdəmi işləyirsiz? Növbəli işlərdə işləmək yuxu sisteminizi poza bilər. Rahat və dərin bir yuxu üçün qaranlıq işıqlı və səssiz yerlərdə yatmalısınız.
9-Her hansı bir qidaya qarşı allergiyanız var? Allergiya verən qidaların müəyyənləşdiriləmsinin yorğunluğa dərman olacağını bilirdinizmi?
10-Ürəyə diqqət! Xüsusilə məşqlər və fəallığa əsaslanan hallar nəticəsində özünüzü yorğun hiss edərsəz, getdikcə asan görülən işlərda çətinlik çəkərsəz vaxt itirmədən həkimə getməlisiniz
11-Şəkərli diabet xəstəliyi: Yüksək qan şəkəri, hücrəyə girib metabolizə edilmədiyində enerji mənbəyi kimi istifadə etmək olmaz. Kifayət qədər qida qəbul edilməsinə baxmayaraq enerjisiz qalan bədəndə yorğunluq baş verir. Tətbiq olunacaq dərman müalicəsi, pəhriz və idman nəzarət altına alacaq.
12-İnsulin müqaviməti var? Gün ərzində tez-tez aclıq hissi, şirin istəmə, yemək sonrası yuxu gəlməsi, halsızlıq, yorğunluq tez-tez rastlanan hallardır.
13-Hipotiroid və yorğunluq: Metabolizma ləngiyir, insan özünü halsız və yorğun hiss edir, kökəlir, orqanizmdə toxuma fasilələrində şiş olar. Xaricdən veriləcək qalxanabənzər hormonunun yeni orqanizm balansını qoruyacağın bilirdinizmi?
14-Yorgunluğunuz bəlkə sidik yollarındakı bir infeksiyadan qaynaqlanır: Sidikdə yanma hissi və təcili sidik ifrazı hissi olmadan yorğunluq və halsızlıq ortaya çıxır. Sidiyin müayinəsi və antibiotik müalicəsi ilə 1 həftədə problem həll edilir.
15-Həddindən artıq spirt qəbulu: Dərin yuxuya mane olduğu üçün yorğunluğa səbəb olduğunu bilirdinizmi?
16-Kadınlarda menapoz: Gecə tərləmələri, isti basması meydana gələn hormon pozğunluğu nəticəsində yorğunluq və halsızlıq olur.
17-Xərçəng xəstələri: Xəstəliyin kimyaterapiya və radyoterapiya müalicəsi halsızlıq yaardar və yorğunluq verər.
18-Antidepresantlar: Allergiya dərmanları, hipertoniya dərmanları, trankvilizator dərmanlar müalicədə yorğunluğa səbəb olan vasitələrdir.
19-Günlük həyatın əvəzolunmazı, xroniki stress: Həddindən artıq gərginliyə bağlı olaraq halsızlıq və yorğunluq əmələ gəlir.
20-Niyə şokolad yorğunluğu həll edir? Seratonin hormonunun çatışmazlığı: Seratonin azlığı insanı şirinə istiqamətləndirir. Şokoladdakı triptofon beyində seratoninə çevrilərək insana xoşbəxtlik hissi verir..
Şərhlər