Qolsuz amerikalı qadının hekayəti - FOTOLAR

23.08.2015 10:43     Maraqlı     2870

32 yaşlı ABŞ-lı qadın Cessika Koksun heç vaxt qolları olmayıb. O, anadangəlmə belə doğulub.

Reaksiya.az xəbər verir ki, ancaq bu çatışmazlıq onda heç vaxt kompleks yaratmayıb, əksinə o, normal bədən quruluşu olan insanlara sübut etməyə çalışıb ki, bu halda da nəsə etmək, uğur qazanmaq olar.

Uşaq vaxtı onun qollarında protez olub, ancaq Cessika bu protezlərdən tamamilə imtina edib və hər bir işi ayaqlarının hesabı ilə həyata keçirib.

İndi amerikalı maraqlı bir həyat yaşayır: təyyarə sürür, serfinq və dayvinqlə məşğul olur, pianino çalır, qeydlər aparır, telefonda sms yazır, atda gəzir, şərq döyüş növlərini öyrənir...

2008-ci ildə Ginnesin Rekordlar Kitabına düşən Cessika hazırda əri Patriklə ABŞ-ın Arizona ştatının Toskana şəhərində yaşayır.

Şərhlər