Ərdoğan toya getdi - VİDEO - FOTOLAR

23.08.2015 11:17     Maraqlı     3558

Türkiyənin 11-ci prezidenti Abdullah Gülün oğlu Əhməd Münir Gül həyatını Zəhra Ayşe Karadərə ilə birləşdirib.

Reaksiya.az xəbər verir ki, Gülün nikah mərasimində şahidliyi prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu edib.

Ərdoğan və Davudoğlunun konvoyları ard-arda toyun keçiriləcəyi Yeşilköydəki WOW Otelə saat 20.15 radələrində gəlib.

Toy mərasimində təxminən 1500 qonaq iştirak edib. Hacettepe Tibb Fakültəsinin son kurs tələbəsi Əhməd Münir Gül ilə Zəhra Ayşe Karadere cütünün nikah şahidliyini prezident Ərdoğan, baş nazir Davudoğlu və parlament sədri İsmət Yılmaz edib.

Cütlüyün nikahını isə İBB sədri Kadir Topbaş bağlayıb.

Abdullah Gül toy zamanı qonaqlar qarşısında qısa çıxış edərək hamıya təşəkkür edib.

ƏRDOĞAN TOYDA 45 DƏQİQƏ QALDI

Toy mərasiminə saat 20.15 radələrində gələn prezident Ərdoğan nikahın bağlanmasından dərhal sonra saat 21.00 radələrində oteldən ayrılıb.

Şərhlər