Sarımsaq xərçəngin hansı növündən qoruyur?

23.08.2015 13:21     Maraqlı     2640

Sarımsaq müxtəlif faydalı maddələrlə olduqca zəngindir. Sarımsağın tərkibində mikroelementlər, vitaminlər, efir yağları, antioksidantlar var. Sarımsağa spesifik ətir və dad verən allisin maddəsi dünyanın ən güclü antoksidantıdır. Sarımsaq çiy yeyiləndə daha faydalı olur.

Reaksiya.az xəbər verir ki, ABŞ alimləri araşdırmalar nəticəsində belə nəticəyə gəldilər ki, sarımsağın tərkibində olan bəzi maddələr xərçəng hüceyrələrin inkişafını ləngidir, hətta onları məhv edir. Bu səbəbdən sarımsağı hətta "təbii kimyəvi terapiya" vasitəsi adlandırırlar.

Sarımsaq tərkibindəki xüsusi birləşmələr sayəsində immun sisteminin hüceyrələrinin aktivliyini artırır ki, bu da orqanizmin xərçəngə qarşı müqavimət göstərməyinə zəmin yaradır. Sarımsağın tərkibindəki maddələrin xərçəng hüceyrələrini 24 saatda öldürdüyü bildirilir. 

Sübut olunub ki, hər gün 1-2 diş sarımsaq qəbul edən insanlarda bəzi xərçəng növləri (düz bağırsaq xərçəngi, mədə xərçəngi və s.) daha az hallarda inkişaf edir. Bu bitkinin istehlakı mədə və bağırsaq xərçəngindən qorumağa qadirdir. Bu iki xəstəlik hazırda dünyada ən yayılmış xəstəliklər hesab olunurlar.

Şərhlər