“Sibel Cana nifrət edirəm” - Mutlu Kaya - FOTOLAR
23.08.2015 16:54 Maraqlı 4026
Ötən aylarda “Səsi Çox Gözəl” yarışmasıyla adını tanıtdıran Mutlu Kaya Diyarbəkirdə silahlı təcavüzə uğrayıb.
Reaksiya.az xəbər verir ki, Türkiyənin məşhur müğənnisi Sibel Canın vəliəhdi kimi göstərilən Kaya 38 gün komada qaldıqdan sonra oyanıb.
Müalicəsinə GATA-da davam edilən Kaya Sibel Cana “Ona nifrət edirəm, yalan danışır” sözlərini deyib.
Mutlunun anası da bu olay haqda belə deyib: "Sibel Can “Kömək edirəm” deyə özünü ortaya artdı, ancaq kömək etmədi. O, sadəcə, iki dəfə menecerini Diyarbəkirdəki xəstəxanaya yolladı, bir dəfə də jurnalistlərlə yanımıza gəldi. Heç kim bizə kömək etmək məcburiyyətində deyil. Lakin Sibel Can söz vermişdi. Nə qeyrəti, nə də bir köməyi oldu".
Şərhlər