Ömrü uzatmağın 4 yolu

23.08.2015 17:15     Maraqlı     2040

 
Təbii ki, heç birimiz əbədi yaşamayacağıq!
Ancaq daha uzun və daha sağlam yaşamaq üçün edə biləcəyimiz çox şey var. İşin yaxşı tərəfi, bunların bir dəqiqədən az müddətdə həyata keçirilə bilməsidir.

Ömrü uzatmanın 4 yolu

Yumurta yeyin

Həm güclü bir zülal qaynağıdır, həm də ucuz. Bir çox insan yumurtanın qanda xolesterin səviyyəsini artırdığını hesab edir, ancaq bu doğru deyil. Gündə iki yumurta yemək gündəlik zülal ehtiyacınızın yüzdə 26-sını qarşılayır, ancaq gündəlik təklif edilən kalori miqdarının faizi !10-dan daha azını əhatə edir. Bu üzdən yumurta arıqlamağınıza da yardımçı ola bilər. Hər gün bir yumurta yeyin. 

Ömrü uzatmanın 4 yolu

Ürək döyüntünüzə hər gün nəzarət edin.

Ürək atış sürətini nəzarət edərək özünüzü ürək böhranı və ya iflic riskinə qarşı qoruyarsınız. Sayım prosesi çox sadə: İşarə və orta barmağınızı tam baş barmağınız altından, əl biləyi sümüyə yerləşdirin. 10 saniyə ərzində döyüntüləri sayın. Bu rəqəmi 6 ilə toqquşaraq istirahət vəziyyətindəki nəbzinizi əldə edərsiniz. Böyüklər üçün ümumi dəqiqədə 60-80 arasındadır.

Tövsiyyə: Nəbziniz yavaşıyırsa və ya hər ay artmağa davam edirsə həkiminizə müraciət edin.

Ömrü uzatmanın 4 yolu

Yeməyinizə çuğunduru əlavə edin

 Yaşıl tərəvəzləri hamı qəbul edir. Ancaq qırmızılara da yer verməlisiniz. Çuğundur qan damarlarının genişlənməsinə yardımçı olaraq qan axınını təşkil edir. Ayrıca qan azlığında (anemiya) qarşısını alan dəmir baxımından da zəngin.

Tövsiyyə: Çuğundur suyunuza yerkökü, cəfəri və alma əlavə edərək hər gün için.

Ömrü uzatmanın 4 yolu

Üzünüzü masaj edərək stressdən xilas olun.

Məhz stress və narahatlığınızı masaj azalda bilər: İki barmağınızı havaya qaldırmısınız kimi aparın. Sonra bu şəkildə əllərinizi üfüqi vəziyyətə gətirin və baş barmaqlarınızı burun körpüsünün yanlarına, qaş sümüyünün altına gələcək şəkildə yerləşdirin. 8-10 saniyə ərzində basın və nəfəs alın. Daha sonra baş barmaqlarınızı və işarə barmaqlarınızı qaşların başlanğıc yerinin bir az üzərinə gətirin. 8-10 saniyə ehtiyatla sıxın və nəfəs alın.

Masajı kompyuter arxasında oturduğunuz zaman da tətbiq edə bilərsiniz. 

 

 

 

Şərhlər