Jordana 8.9 milyon dollarlıq təzminat ödənəcək - VİDEO

23.08.2015 22:54     Maraqlı     2381

ABŞ-ın əfsanəvi basketbol ulduzu və iş adamı Maykl Cordanın 2009-cu ildə “Dominicks” adlı restorana açdığı təzminat iddiası ilə bağlı məhkəmə prosesi başa çatıb. Reaksiya.az xəbər verir ki, firma Jordanın videogörüntülərini ondan icazə almadan reklam afişasında istifadə edib. Keçmiş NBA ulduzu da restoranı məhkəməyə verib. Məhkəmənin qərarına görə “Dominicks” restoranlar şəbəkəsi Jordana 8.9 milyon dollar təzminat ödəyəcək. Jordan mətbuata verdiyi açıqlamada bildirib ki, əsas olan pul: “Mən adımın etibarını qorumaq üçün mübarizə aparırdım”.

Şərhlər