Sonunun Diana kimi olmasından qorxur - VİDEO
23.08.2015 23:11 Maraqlı 2636
İngilis mətbuatı son həftələrdə ortalıqda çox da görülməyən Kəmbric şahzadəsi Villyamın həyat yoldaşı Keyt Middletonun kameralardan niyə uzaq durduğunu aaşdırmağa çalışır. Reaksiya.az xəbər verir ki, həftə sonu bir toyda iştirak edən Middletonun mətbuatın diqqətini çəkməmək üçün toya əri Vilyam ilə gəlmədiyi görülüb. “Daily Mail” qəzeti, Middletonun çox məşhur olub qayınanası şahzadə Diana kimi olmaqdan qorxduğu üçün jurnalistlərdən gizləndiyini irəli sürüb. Xatırladaq ki, dünya mətbuatının böyük maraq göstərdiyi şahzadə Diana 1997-ci ildə jurnalistlərdən qaçarkən avtomobil qəzasında dünyasını dəyişmişdi.
Şərhlər