Skandal get – gedə böyüyür - FOTOLAR
23.08.2015 23:40 Maraqlı 3421
Dünyada həyat yoldaşını aldatma saytı kimi bilinən “Ashley Madisonun” kiber hücuma məruz qalmasından sonra başlayan skandal getdikcə böyüyür. Xakerlər, səhifənin bağlanmaması halında əllərindəki məlumatları yayacaqlarını açıqlayıblar.
Reaksiya.az xəbər verir ki, Motherboard saytına açıqlama verən xaker səhifənin serverindəki materialları əldə etmək üçün heç bir maneə ilə qarşılaşmadıqlarını bildirib. Əllərindəki fotoşəkillərin böyük əksəriyyətinin çılpaq şəkillər olduğunu deyən xakerlər, heç bir məlumatı silməyəcəklərini söyləyib.
Saxta hesab yaratmağımız istənildi
Skandalın baş verməsindən sonra, şirkətin keçmiş əməkdaşı ortaya çıxaraq bildirib ki, bir ay içində var olmayan qadınlara aid 1000 dənə saxta hesab hazırladığını, beləcə kişi istifadəçilərin marağını artırmağa çalışdıqlarını söyləyib.
Şərhlər