“Bitkoin”in qiyməti 51 min dolları ötüb

14.02.2024 19:45     Maraqlı     126

Ticarət sessiyası zamanı “Bitkoin”in dəyəri 2,29 faiz artaraq 51 205 dollar olub.

Qeyd olunur ki, Bakı vaxtı ilə saat 13:14-ə olan məlumata görə, “Bitkoin”in kursu ticarət əməliyyatlarının gedişində 51 018 dollara qədər azalıb.

“Bitkoin”in qiyməti sonuncu dəfə 3 dekabr 2021-ci ildə 51 min dollardan yuxarı qalxıb.

Reaksiya.az

Şərhlər