Dünyanın ən köhnə “mesaj”ı

24.08.2015 04:24     Maraqlı     2145

İngilis alim George Parker Bidder tərəfindən 108 il əvvəl külək, dalğa və dəniz axıntılarına dair araşdırma üçün dənizə atdığı bir şüşə aprel ayında Almaniyanın Amrum adasında tapılıb. Mesajın şüşədə göndərilən ən köhnə “mesaj” olduğu təxmin edilir. Təqaüdçü bir qadının tapdığı şüşənin içərisində tarixi bəlli olmayan bir kart olduğu da deyilir. Kartın üzərində ingiliscə, almanca və hollandca yazılan notda şüşəni tapan şəxsin oradakı anketi doldurması istənilir. 
 

Şərhlər