Obamanın ənənəvi məzuniyyəti başa çatıb
24.08.2015 05:15 Maraqlı 2127
ABŞ Prezidenti Barak Obama ənənəvi məzuniyyətini başa vuraraq bazar günü Vaşinqtona qayıdıb.
Reaksiya.az Reporta istinadən xəbər verir ki, Ağ Ev başçısı məzuniyyətini Atlantik okeanda yerləşən Martas-Vinyard adasında keçirib.
Obamanı səfərdə ailə üzvləri ilə yanaşı milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Syuzan Rays və Ağ Evin baş müşaviri Valeri Carrett müşayiət edib.
Ağ evin məlumatına görə, məzuniyyət dövründə dövlət başçısının iştirakı ilə hər hansı tədbir baş tutmayıb.
Şərhlər