Marsda selfie çəkdirdilər

24.08.2015 10:17     Maraqlı     2537

Marsa gedən kəşfiyyat robotu Kuriosity bu günə kimi çəkdiyi selfilərə bir yenisini əlavə edib. Yeni selfie, təpədən çəkilən keçmişdəki selfilərlə müqayisədə kəşfiyyat robotunu öndən göstərir.

Reaksiya.az xəbər verir ki, Marsda üçüncü ilini geridə qoyan NASA-nın kəşfiyyat robotu Kuriosity müəyyən aralıqlarla çəkməyi laqeyd etmədiyi selfielərinə yen birisini də əlavə edib. Kuriosity kəşfiyyat etdiyi Qeyl Krateri içindəki bir yamacın üstündə robot qolundan istifadə edərək şəklini çəkib.

Kuriositinin Maksli kamerasıyla 5 avqustda çəkdiyi 92 şəkildən ibarət olan selfi arxa planda Gale krateriyasını və Sharp dağını gözlər önünə sərir. NASA şəkilləri bir araya gətirdikdən sonra robotun qolunu silərək selfiyə son halını verib.

Şərhlər