Bu meyvənin çəyirdəyi də dərmandır
24.08.2015 11:32 Maraqlı 2990
Üzüm çəyirdəyi damar xəstəliklərinə qarşı effektlidir. Bundan başqa, siqaret və çirkli havanın zərərlərini da azaltmağa köməkçidir.
Reaksiya.az xəbər verir ki, bu haqda araşdırmanı türkiyəli professor Nezihi Küçükarslan aparıb.
Küçükarslan üzüm çəyirdəyinin qoruyucu funksiyalarını qeyd edib:
“Üzüm çəyirdəyi damar xəstəliklərinə müsbət təsir göstərir. Damar divarlarını qoruyur, damar genişlənməsinin qarşısını alır. Damarlara qoruyucu təsiriylə və ehtiva etdiyi yağlarla ürək sağlamlığını da qoruyur".
Üzüm çəyirdəyinin təzəsi və qurusu da faydalıdır, rahat və çəkinmədən çəyirdəkləri çeynəmək lazımdır.
Qeyd edək ki, gün ərzində 150 ilə 300 milliqram arası yemək tövsiyyə edilir.
Şərhlər