Yay depressiyasına qarşı tədbirlər - ARAŞDIRMA

08.06.2015 17:53     Maraqlı     2219

Havanın tempraturunun artdığı, təbiətin canlandığı bu günlərdə mövsümdən ləzzət almaq yerinə heç bir şeydən zövq almamaq, diqqət dağınıqlığı, yuxusuzluq və iştah pozuntusu kimi göstəricilər depressiyaya işarə etmiş ola bilər.

Xalq arasında depressiyanın daha çox qış aylarında və qapalı havalarda görüldüyü barədə yayılmış bir inanc var. Ancaq son illərdə aparılan araşdırmalar, melatonin hormonunun azalması kimi biyoloji təsirlər və psixoloji faktorlar səbəbiylə yaz və yay mövsümündə də depressiya olacağını göstərir.


Yuxusuzluq baş qaldırdısa…

Qış dövründəki depressiv əlamətlərdən fərqli olaraq, yaz və yay depressiyasında yatmaq müddəti və iştahda artım yerinə azalma, kilo almaq yerinə də kilo itkisi ola bilər. Gecələrin uzanması və konsert, festival kimi əyləncəli fəaliyyətlərin ön planda olduğu yay aylarında depressiv ruh halıyla mübarizə aparmaq üçün daha çox alkoqol və maddə istifadə olunur. ABŞ-da yay depressiyası üzərində aparılan bir araşdırmada yayda baş verən depressiyada intihar risqinin daha yüksək olduğu göstərilir.
Özünə qapanmadan intihara qədər ciddi əlamətlər görülə bilər

Depressiyada insan həyatdan zövq almamağa başlaya bilər. Diqqət və konsentrasiya  zəifliyi yaşayar, əvvəlllər xoşbəxt olduğu şeylərə marağı olmaz. Yorğunluq, halsızlıq, enerji və motivasiya itkisi, cinsi istəksizlik, yuxusuzluq, həddindən artıq küskünlük, səbirsizlik, iştahsızlıq, kilo vermə ya da həddindən çox iştahla kilo alınması görülə bilər. Bu hal özünə qapanma, aqressiya, həyatı dəyərsiz görmək  və intihar düşüncələrinə qədər gedə bilər.

Mövsümün xəyal qırıqlığına çevrilməməsi üçün…

Bu dönəmdə gerçək gözləntilər və planlar vacibdir. Təxirə salınmış işləri görmək üçün  gözlənilmədən problemlər həll olunmalıdır. Bunun üçün həyatın üstünə getməyə, yayın dadını cıxarmağa və yeni gözləntilər yaratmağa diqqət olunmalıdır. Yaz və yay mövsümündə  də bədbin, kefsiz oluna biləcəyi qəbul etmək lazımdır. Egər bu ruh halı sizin günlük işlərinizin yerinə yetirilməsinə əngəl olursa mütləq psixoloji dəstək almaq lazımdır.

Gözəl havaların dadını çıxarmaq üçün bu tədbirləri görün

•Səhərlər tez qalxın, hər gün eyni saatlarda yatıb qalxmağa adət edin.

•Sağlam qidalardan ibarət doğru bir nahar qan şəkərinizi də tarazılıqda  tutacağı üçün ani  əhval dəyişikliklərinin qarşısını alacaq.

•Hərəkətsizlikdən qaçın, günlük fəaliiyətlərinizə diqqət edin. Gündə 30-40 dəqiqənizi idmana ayırın.

•Günaşırı duş qəbul edin və suyun sakitləşdirici təsirindən faydalanın.

•Ailənizə, dostlarınıza və sevdiklərinizə zaman ayırın.

•Özünüzə fərdi baxım üçün vaxt ayırın.

•Mənfi düşüncələrdən uzaqlaşın və çoxlu gülümsəyin.

"Reaksiya.az"

Şərhlər