“Vampirlər şəhəri” – Günəş şüaları onları əridir - FOTOLAR

24.08.2015 12:43     Maraqlı     2545

Braziliyanın Araras kəndində yaşayan 800 nəfərdən 600-ü irsi dəri xəstəliyindən əziyyət çəkir.

Reaksiya.az xarici mətbuata istinadən xəbər verir ki, piqment kseroderma xəstəliyinə düçar olan insanlar ultrabənövşəyi şüalara qarşı həssas olurlar. Həkimlərin sözlərinə görə, bu cür xəstələrin dərisi əridiyi üçün onlaraın günəş şüaları altında qalması məsləhət görülmür.

Ona görə də kəndə “ruhlar şəhəri” adı qoyulub. Çünki sakinlər günəşdən qorunmaq üçün gündüzlər evlərində gizlənirlər.

Kənddə 20 nəfərin vəziyyəti çox acınacaqlıdır. Onların xəstəliyi daha da kəskinləşərək dəri xərçəngi olan melanomaya çevrilib. Hətta xəstələrdən biri kserodermaya görə gözünü də itirib.

Əvvəllər kənd sakinləri xəstəliyin yoluxucu olduğunu düşünsələr də, həkimlər onun irsi olduğunu sübuta yetiriblər. İş ondadır ki, kənd sakinləri uzun illərdir bir-biri ilə evlənir və xəstəliyi yeni nəsillərə ötürürlər.

Xəstələrin sağalması üçün heç bir vasitə tapılmayıb. Onların sağ qalması üçün yeganə yol gün işığından qaçmaqdır.

 

 

 

 

 

 

 

 

 

Şərhlər