Sibel Can Mutlu Kayaya cavab verdi
24.08.2015 12:53 Maraqlı 2898
Son aylarda “Səsi Çox Gözəl” musiqi yarışması zamanı məşhurlaşan Mutlu Kaya Diyarbəkirdə silahlı hücuma məruz qalmışdı. O, 38 gün komada qaldıqdan sonra oyanıb. Müalicəsinə GATA-da davam edilən Kaya Sibel Cana nifrət etdiyini deyib. Onun fikrincə, məşhur müğənni ona yardım etmək üçün verdiyi sözə əməl etməyib. Mutlunun anası isə Sibeli qeyrətsiz adlandırıb.
Reaksiya.az xəbər verir ki, Sibel Can Mutlu Kaya və onun ailəsinin ittihamına cavab verib.
Çox təəssüfləndiyini bildirən məşhur sənətçi bunları deyib:
“Bir yarışma proqramı ilə yollarımızın kəsişdiyi, gözəl səsi, gözəl üzünü Türk xalqı ilə təqdim etməyin mənə qismət olduğu sevgili Mutlu Kaya qızımızın "Sibel Cana nifrət edirəm" ritorikası məni inanılmaz dərəcədə incidib və sındırıb. İllər ərzində haqqımda çıxan yüzlərlə yalan-doğru xəbərlər içində də məni qıranlar, kədərləndirənlər əlbəttə ki, olub. Kədər və küslüklərini da öz içində yaşayan biri olaraq, heç vaxt öz cavablarım olmayıb. Peşəmin xəmiri olan "musiqi" tələb edir ki, insanlara qarşı sevg ilə yanaşım. “Nifrət” sözünü işlədən sevgili qızım Mutlu Kayaya deyirəm ki, o sözü heç vaxt o çox gənc qəlbinə qoyma. Büllur səs “nifrət” sözünü tələffüz edə bilməz. “Nifrət” sənə, gözəlliyinə istiqamətlənən, ömrünə qəsd edən düşmənlərə, güllələrə yaraşır. Cənab prezidentimizin, cənab baş nazirimizin sənə olan bağları böyükdür. Sağlam ol, sənin üçün əmək verən hər kəsə minnətdaram. Mənim və Türk xalqının dua və arzuları inan ki, sabahlara gedən o çox gözəl yolunun başlangıcıdır. Mən sənə inanır və güvənirəm. Hər şey çox gözəl olacaq”.
Şərhlər