Yüksək təzyiqə qarşı akupunktur müalicəsi
24.08.2015 13:04 Maraqlı 2416
ABŞ-ın Kaliforniya Universitetində aparılan bir araşdırmada, akupunktur müalicəsinin yüksək təzyiqi aşağı salan bir təsirinin olduğu sübut edilib. Reaksiya.az xəbər verir ki, araşdırmada tarixdə ilk dəfə Çin təbabətində istifadə edilən akupunkturu yüksək təzyiq xəstələrinə 6 həftədə təzyiqi salıcı təsir etdiyi müəyyən olunub. Alimlər akupunktur ilə yüksək təzyiqin balanslaşdırılacağı və bu sayədə uzun müddətli ürək böhranı və iflic riskinin azaldılacağını qeyd edirlər. Araşdırmaya rəhbərlik edən kardioloq John Longhurst da bildirib ki, Çin və Qərb tibbini biraraya gətirərək ABŞ-da milyonlarla insanı öz əsarətinə salan bu xəstəliyi müalicə edəcəklər.
Şərhlər