İranda 190 min polis hazır vəziyyətə gətirildi
01.03.2024 14:30 Maraqlı 183
Bu gün İranda keçirilən Ekspertlər Şurasına 6-cı çağırış, İran parlamentinin isə XII çağırış seçkilərinin təhlükəsizliyini təmin etmək məqsədilə 190 min polis hazır vəziyyətə gətirilib.
Reaksiya.az xəbər verir ki, bunu polis komandanlığının sözçüsü Səid Müntəzir Mehdi deyib.
“Seçkilərin Təhlükəsizliyi Qərargahının rəhbəri Seyid Məcid Mirəhmədi isə 250 mindən çox SEPAH, “Bəsic” və polis üzvünün seçkilərin təhlükəsizliyini təmin etmək üçün cəlb edildiyini söyləyib”.
Qeyd edək ki, bu gün İran parlamentinin 290 mandatı uğrunda 12033 namizəd yarışır.
Şərhlər