Dünyanın ən uzun saçlı qadını

24.08.2015 17:11     Maraqlı     4769

Georgia ştatının Atlanta şəhərində yaşayan 47 yaşlı Asha Mandelanın saçlarının uzunluğu 17 metr, ağırlığı isə 19 kilodur.

Reaksiya.az xəbər verir ki, Mandela saçlarını 25 ildir kəsdirmir.

Həkimlər bildiriblər ki, saçlarının ağırlığı sümüklərində əyriliyə səbəb olacaq və sağlamlığına ziyan verəcək. Buna baxmayaraq, Mandela saçlarını kəsdirsə, zombiyə oxşayacağını düşünür.

Qeyd edək ki, Mandelanın Ginnesin rekordlar kitabına düşməsi üçün yenidən müraciət olunub.

O, hazırda dünyanın ən uzun saçlı qadını hesab olunur.

Şərhlər