Arvadına görə dağ yardı

25.08.2015 07:33     Maraqlı     2429

Yolu kəsən dağa görə arvadını itirən Hindli Majhi 22 il çalışaraq dağı yarmağı bacarıb. Hindistanın Bihar əyalətinə bağlı Gehlour qəsəbəsində yaşayan Majhi 1959-cu ildə avtomobil qəzasına düşən arvadını 55 kilometr uzaqlıqdakı xəstəxanaya zamanında yetişdirə bilmədiyi üçün itirib. Həyat yoldaşını itirməyi qəbul edə bilməyən Majhi, başqalarının da həyat yoldaşlarını itirməməsi üçün qəsəbənin yaxınlığındakı dağın içindən keçid açmağa qərar verib. 22 il boyunca sadəcə bir çəkic və bir kəsici ilə 110 metrlik keçid açan Manjhi 73 yaşında xərçəng xəstəliyinə tutularaq həyatını itirib. Sevgisi uğrunda dağı dələn Manjhi üçün dövlət yas mərasimi təşkil edib. Manjhinin təkbaşına açdığı keçidə asfalt tökülərək, inşası tamamlanıb. Manjhinin hekayəsi haqqında film çəkən Ketan Mehta filmə “Manjhi - Dağ adamı” adın verib. Manjhini filmdə Hollivud ulduzu Navadzuddin Siddiqui canlandırıb. Filmin qala gecəsində məşhur ulduzlarla bərabər Manjhinin ailə üzvləri də iştirak edib.

Şərhlər