“Rembo”nun 17 yaşlı qızı model olur - FOTOLAR

25.08.2015 13:20     Maraqlı     3361

Hollivud ulduzu Silvestr Stallonenin 17 yaşlı qızı Sistin model olmaq qərarına gəlib. 

Reaksiya.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, bu haqda aktyor İnstaqram səhifəsində yazıb. 

“İnanıram ki, o bunu etməyi bacaracaq” deyə, o bir müddət əvvəl qeyd etmişdi. 

Aradan qısa vaxt keçməsinə baxmayaraq, Sistin atasının ümidlərini doğruldub. O, məşhur dərgilərdən birinin üz qabığında yer alıb.   

Sisten açıqlamasında atasının peşəsini davam etdirməməsinə də aydınlıq gətirib:

“Özümü çox pis aktrisa hesab edirəm. Kamera qarşısında çox pis görünürəm”.

Qeyd edək ki, "Rembo"nun özündən 22 yaş kiçik olan həyat yoldaşı da modeldir. 


 

 

 

 

 

Şərhlər