Tanqo rəqsi ilə maneələri aşır - VİDEO - FOTOLAR
25.08.2015 13:42 Maraqlı 3344
Dünya Tanqo Çempionatında durmadan rəqs edən Fernanda Torres rəqsin onu azadlığına qovuşdurduğunu deyir.
Argentinalı Gabriela Fernanda Torres bu ilki Dünya Tanqo Çempionatında tamaşaçıların ürəklərini fəth edib. Maşın qəzası nəticəsində 2 yaşından etibarən əlil arabasına məhkum olan 36 yaşındakı Torres, paytaxt Buenos Airesdəki birinci seçmə mərhələsində, qara paltarı ilə göstərdiyi performansla göz oxşayıb. Münsiflərin məhz qabiliyyətinə səs verməli olduğunu söyləyən Torres probleminin ona mane olmadığını və rəqslə belə demək mümkündürsə, azad olduğunu qeyd edib.
Şərhlər