Üzü dəyişdirilən kişi ata olmağa hazırlaşır

25.08.2015 17:58     Maraqlı     2812

Aralıq Dənizi Universitetində üzündə aparılan əməliyyat zamanı tanış olduğu Esma Akyurt ilə evlənən Recep Sert ata olmağa hazırlaşır.

Reaksiya.az xəbər verir ki, ancaq uşağının cinsiyyəti haqqında o, məlumat verməyib.

İnegöl rayonunda təmizləmək istədiyi tüfəngdən açılan atəş nəticəsində üzü tanınmaz hala gələn Rəcəb Sert  Antalyadakı Aralıq Dənizi Universitetinin Xəstəxanasında plastik əməliyyat keçirib.

Ona 18 iyul 2013-cü il tarixində beyin ölümü keçirən polşalı turist 43 yaşlı Anjey Kuczanın üz və çənəsi  uğurlu bir əməliyyatla nəql olunub.

XƏSTƏXANA YOLDAŞLIĞI EŞQƏ ÇEVRİLDİ

Türkiyədə üz nəqlində 5-ci, çənə nəqlində isə ilk olan Receb Sert palataya köçürüldükdən sonra Esma Akyurtla tanış olub.

Sert ilə Akyurt arasındakı yoldaşlıq tezliklə sevgiyə çevrilib. Onlar keçən ilin 21 dekabr günündə İnegöldə ailə qurublar.

Recep Sert toydan bir müddət sonra İnegöl Bələdiyyəsinin sədri AK Partiyalı Alinur Aktaşın dəstəyi ilə işləməyə başlayıb.

UŞAĞIMIZ OLACAQ

Həyat yoldaşının 4 aylıq hamilə olduğunu deyən Recep Sert 5 ay sonra ata olacağını deyib.

"Hazırda dünyanın ən xoşbəxt insanları bizik" deyən Recep Sert adını belə qoyduqları uşaqlarının cinsini sürpriz olması üçün hələlik deməyib.

Onun həyat yoldaşı Esma Akyurt isə sosial şəbəkədə uşaq fotoları paylaşıb.

Şərhlər