Üzərində Qarabağ elementləri əks olunan qalstuk istehsal olunub

26.08.2015 07:10     Maraqlı     2323

Bakıda qeyri-adi sərgi baş tutub. Qarabağı tanıtım məqsədilə atılan addım yerli sakinlər və qonaqları heyran edib.

Reaksiya.az-ın məlumatına görə, hər bir ölkənin geyimi onun öz adət-ənənələrini daşıyıcısıdır desək bəlkə də yanılmarıq. Bu baxımdan qalstuklar daha fərqli yer tutur, geyim əşyaları arasında. Günümüzdə daha çox istifadə edilən qalstuklar məhz informasiya daşıyıcısıdır. Bu məqsədlə də artıq Azərbaycanın özünəməxsus qalstuklar istehsal edilib.

Sözügedən geyim vasitələri Xalça Muzeyində sərgilənib. Muzeyin Qarabağ bölməsində nümayiş etdirən 4 növ qalstukun hər biri bir anlam daşıyırdı.

Qarabağ adı verilən qalstukun üzərində tar, dəbilqə, xarı bülbül və işğal olunmuş rayonlarımızın adları yazılıb ki, bu da ümumilikdə Qarabağ bölgəsinin öz adət-ənənələrini əks etirir.

Şuşanın, eləcə də bütövlükdə Qarabağın rəmzi hesab edilən Xarı bülbül gülünə isə ayrıca qalstuk həsr edilib. Bütün bu geyim növləri sərgidə daha çox yerli sakinlərlə bərabər turistlərin də diqqətinin çəkib. 

Bundan əlavə daha çox satışı turistlər üçün nəzərdə tutulan bu geyim vasitəsinin üzərində məlumat kitabçasını da görmək olar. Həmin kitabçada ingilis və Azərbaycan dillərində qalstukun üzərindəki simvolların mənası haqqında yazılır. 

Bu layihənin rəhbəri Yavər Məmmədov bildirir ki, sözügedən qalstuklara daha çox xaricdə yaşayan azərbaycanlıların marağı var:

“İstər ölkəyə turist qismində gələn və qonağına hədiyyə etmək məqsədilə. Eləcə də ölkədən gedərkən hər bir Azərbaycan vətəndaşının özü ilə apara biləcəyi və Azərbaycanın tarixini, mədəniyyətini dünyada düzgün bir şəkildə təbliğ edə biləcək informasiya daşıyıcısı rolunda çıxış edə bilən qalstukun yaradılmasına zərurət vardı”.

Əslən Qarabağ bölgəsindən olan Yavər müəllim qeyd edir ki, gələcəkdə Qarabağ xalçasının naxışlarına uyğun qalstuklar da istehsal ediləcək.

Hazırda isə ölkəmizin hər bir bölgənin adət-ənənələrini əks etdirən qalstukların istehsalı üçün hazırlıq işləri aparılır.

Şərhlər

Çox oxunanlar