Ağıllı köynəklər satışa çıxır
26.08.2015 09:03 Maraqlı 2427
Geyim istehsalçısı “Ralph Lauren” “OMsignal” şirkəti ilə birgə “PoloTech” “ağıllı” futbol köynəklərinin ilk kolleksiyasının satışına hazırlaşır. Reaksiya.az bu barədə Trend-ə istinadən məlumat verir.
Geyim sahibinin bədənin fiziki göstəricilərini izləyən sensorlarla təchiz olunub. Köynəkdən əldə olunan məlumatlar smartfonda quraşdırılan xüsusi proqrama ötürüləcək.
Köynəklər avqustun 31-də başlayacaq “US Open” tennis turnirində nümayiş olunacaq. Turnirdə “PoloTech”-ləri 295 dollara əldə etmək olacaq.
Şərhlər