Raşmor memorialı və ya prezidentlər dağı

26.08.2015 10:58     Maraqlı     3314

Amerikanın ən məşhur rəmzlərindən biri şübhəsiz ki, Raşmor milli memorialıdır. Raşmor ABŞ tarixində dərin iz qoyan şəxsiyyətlərin xatirəsini öz əzəməti ilə ömürlük əbədiləşdirib.

Reaksiya.az xəbər verir ki,ABŞ-ın Cənubi Dakota ştatının Kiston şəhəri yaxınlığında yerləşən memorial ildə 3 milyona yaxın insanı qəbul edir. Onun qranitində hündürlüyü 18,6 metr olan barelyef düzəldilib. Barelyefdə ABŞ-ın dörd prezidenti - Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Avraam Linkoln təsvir edilib. Amerikanın avropallar tərəfindən məskunlaşdırılmasına qədər dağ yerli hinduların dilində "altı baba" adlanırdı. Ancaq 1935-ci ildə daş 1885-ci ildə bura ekspedisiya təşkil etmiş biznesmen Çarlz Raşmorun adı ilə adlandırılıb. Barelyefin hazırlanmasına o dövr üçün ən böyük məbləğ - 5000 dollar ayırmışdı. Fiqurun hazırlanmasına 14 il (1927-dən 1941-ci ilədək) vaxt sərf edilib. Onun inşasında 400 fəhlə çalışırdı.

Raşmor memorialı və ya prezidentlər dağı

Monumentin yaradılmasının ideyası yerli tarixçi Doan Robinsona məxsusdur. Düzdür, onun fikrinə görə, qayada ölkənin inkişafına təsir edən digər şəxslər - məsələn, hind lideri "Qırmızı bulud" və digər Amerikaya ilk ayaqbasanların təsvirləri əks olunmalı idi. Möhtəşəm monumentin yaradıcısı heykəltaraş Qatson Borqlum oldu. O, Robinsonun müraciət etdiyi ilk insan olmasa da, bu ideya ilə çox yaxından maraqlandı və qayada hazırda olan Amerika prezidentlərini təsvir etmək ideyasını irəli sürdü.

Raşmor memorialı və ya prezidentlər dağı

Raşmor memorialı və ya prezidentlər dağı

Raşmor memorialı və ya prezidentlər dağı

Raşmor memorialı və ya prezidentlər dağı

Təbii ki, xatirəsi əbədiləşdirilən hər bir prezident buna layiq idi: Corc Vaşinqton - ilk prezident, Tomas Cefferson - müstəqillik bəyannaməsinin müəlliflərindən biri, Teodor Ruzvelt - ötən əsrin ilk illərində, çox çətin dönəmdə Amerikanı idarə etmiş şəxs və Linkoln - quldarlığı ləğv edərək, öz həyatı bahasına vətəndaş müharibəsinə son qoyan prezident.

Raşmor memorialı və ya prezidentlər dağı

1925-ci il 5 mart tarixində işlərin başlanması haqqında qanun lahiyəsi hazırlandı. Lakin layihənin icra edilməsi 2 ilə qədər gecikdi. Təbii ki, səbəb maddi vəsaitin çatışmazlığı idi. İlk işlər 4 oktyabr 1927-ci ildə başlandı. İşlərin çoxu böyük depressiya illərinə təsadüf etdiyindən, Borqlum qaya üzərində işləməklə yanaşı, işlərin dayanmaması üçün vəsait də axtarmağa məcbur olurdu. Memorial mərhələ-mərhələ hazır olub: 1930-cu ilin iyulunda Vaşinqtonun, 1936-37-ci illərdə Cefferson və Linkolnun abidələri hazırlandı. 1939-cu ildə isə qayada Ruzveltin əksi təsvir olundu.

Raşmor memorialı və ya prezidentlər dağı

Monumentin hazırlanmasına ümumilikdə bir milyon dollar və 14 il vaxt sərf olunub.Təəsüf ki, Borqlum son tamamlanma işlərinin başa çatmasına bir neçə ay qalmış - 1941-ci ilin martında vəfat etdi. Son işləri heykəltaraşın oğlu Linkoln davam etdirdi. Prezidentlərin təsviri monumentin əsas hissəsi olsa da yeganə hissəsi deyil. Kompleksə həmçinin, Bayraqlar Xiyabanı, bütün monumentə gözəl mənzərə açılanmüşahidə meydançası və heykəltaraşın muzeyi daxildir.

Raşmor memorialı və ya prezidentlər dağı

 

Şərhlər

Çox oxunanlar