Qənirə Paşayevadan təbrik mesajı - O, gözəl Ana və nənədir

26.08.2015 11:42     Maraqlı     2979

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. Millət vəkili Qənirə Paşayeva da onu doğum günü münasibətilə təbrik edib.

O, bu barədə Facebook hesabında yazıb.

Reaksiya.az sözügedən təbrik mesajını təqdim edir:

"O, həyatda tanıdığım ən gözəl insanlardandır. Qəlbindəki böyük sevgisi, humanizm duyğuları ilə bərabər ağlı, mərdliyi, cəsarəti ilə də özəl bir İnsandır. Allah ondan fiziki və mənəvi, heç bir gözəlliyi əsirgəməmiş. Xarici qədər də daxili də gözəl olan bu Qadın minlərlə gənc qızların örnək aldığı, oxşamaq istədiyi bir İnsandır. Sadəcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da hər zaman haqqında böyük heyranlıqla danışılan bir Şəxsiyyətdir. Azərbaycanı və qadınımızı dünyada ən gözəl şəkildə təmsil edən bir Azərbaycan Qadınıdır. Amma onu sadəcə bir sözlə ifadə et desəydilər, bu söz Xeyirxahlıq olardı. O, sanki dünyaya elə bu missiyayla gəlib və onu ən gözəl şəkildə də icra edir. Ölkəmiz üçün gördüyü gözəl və böyük işlərlə bərabər o, gözəl Ana və nənədir. Bu gün onun, həyatımda böyük rol oynamış və çox şeylər öyrəndiyim gözəl İnsanın, milyonlarla insanın sevimlisi ölkəmizin Birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, dəyərli Mehriban xanım Əliyevanın doğum günüdür. Onu təbrik edir və Allahdan qəlbində olan bütün arzularına çatmasını diləyirəm".

Şərhlər

Çox oxunanlar