Kandildə vurulan alman agentinin qəribə hekayəti

26.08.2015 12:01     Maraqlı     2919

PKK-lı terrorçulara hərbi təlimlər keçmək üçün Kandilə göndərilən 7 alman agentindən biri Türkiyə Silahlı Qüvvələrinin hava əməliyyatında ölüb.

Reaksiya.az xəbər verir ki, təşkilatda "Dilsoz Bahar” kod adı ilə tanınan 22 yaşlı Kevin Joachimin  cənazəsinin Almaniyanın Karlsrue şəhərinə göndərilməsi üçün Türkiyə öz quru ərazisini verməyib.

Türkiyənin rədd cavabından sonra alman gizli xidməti bu əməliyyat üçün başqa bir plan hazırlayıb. Agent Joachim Suriyanın şimalındakı Rojava bölgəsində PYD-lilərə təlim verdiyi zaman həyatını itirmiş biri kimi göstərilərək yenidən Türkiyə sərhədinə gətirilib. Plana görə PYD cərgələrində ölən bir avropalının cənazə nəqlinə Türkiyə icazə verəcəkdi, ancaq nəticədə bu, baş tutmayıb.

 CƏNAZƏ ORTADA QALDI

Habur sərhəd-keçid məntəqəsinə gətirilən meyit bir daha geri qaytarılıb. Bunu isə rəsmi Ankara belə izah edib: "Türkiyə yalnız öz vətəndaşlarının meyitlərini sərhəddən qəbul edər".

Casusun nəşi bir müddət ortada qalıb. Alman gizli xidməti Türkiyə variantından ümidini kəsdikdən sonra meyiti Ərbilə nəql edib.

Ərbildən Avstriyanın paytaxtı Vyanaya aparılan cənazə oradan da Almaniyanın Karlsrue şəhərinə göndərilib.

Terror hücumlarına yenidən başlayan PKK-ya alman gizli xidmətinin verdiyi dəstək bir daha üzə çıxıb. Həll prosesinin başladığı gündən bu yana Kandilə axın edən alman kəşfiyyatçılar təşkilatın mərkəzi bazasında terrorçulara hərbi təlimlər verib.

İran və İsrailli agentlərdən başqa Kandilə gedən 7 alman partizan müharibəsinin necə aparılması, siyasi təbliğat və bombalar məsələsində PKK üzvlərini ötən fevral ayından bəri öyrədiblər.

7 iyun seçkilərindən sonra konsepsiya dəyişikliyinə gedən alman agentlər Kandildə verdiyi təlimlərə bir də şəhər döyüşlərini əlavə edib.

Şərhlər

Çox oxunanlar