Hekayəsi real həyatdan götürülən 10 ən yaxşı film

26.08.2015 16:39     Maraqlı     3409

Gerçək hadisələrdən bəhs edən hekayələr filmlərin ən maraqlı mövzuları sırasındadır. Bu cür filmlərin bəziləri yaddaşlardan illərdir silinmir. 

Reaksiya.az xarici mətbuata istinadən real həyatda yaşanmış hadisədən bəhs edən 10 filmi təqdim edir:

1. “Otel Ruanda”

Film 1994-cü ildə Hutu və Tutsi etnik qrupları arasında çıxan və bir çox insanın vəfat etməsiylə sona çatan dəhşətli hadisə əks olunub. Don Chidl, Coaquin Foeniks və Nik Nolte kimi aktyorların yer aldığı filmin rejissoru Terri Ceorcidir. Ekran işində Paul Rusesabagine çox bahalı bir otelin sahibidir. O insanları irqlərə bölmür. O, Tatyana adlı bir tutsi ilə ailə qurur. Müharibə zamanı həm ailəsini, həm də günahsız insanları qorumağa çalışır.



2. “Ümidini itirmə”

Kris Qardnerin gerçək həyatdan götürüb, film dünyasına daşınan bu hekayə yaxşı ata olan, amma maddi sıxıntı çəkən birindən bəhs edir. Kasıb Qardneri həyat yoldaşı tərk edir və o, oğlu ilə tək qalır. Qabriele Muccinonun rejissorluq etdiyi filmdə Uil Smiz, Zandie Nyuton və Caden Smiz rol alıb. 



3. “Titanik”

Dünyanın xatırlamaq istəmədiyi fəlakətdən olan “Titanik faciəsi” rejissor Ceyms Kameron tərəfində film dünyasına gətirilib. Ekran işində baş rolları Leonardo DiKaprio və Keyt Uinsleyt çəkilib.



4. “Pianoçu”

Roman Polanskinin üç Oskar alan filmi İkinci Dünya Müharibəsi ərəfəsində baş verən gerçək bir hadisəni əks etdirib. Məşhur bir pianoçu Ualadislauo Szpilmanın xatirələrini bəhs etdiyi kitabdan götürülən hekayədə əsir həyatı göstərilib. Filmin baş rol ifaçısı Adrien Brodi “Ən yaxşı kişi aktyor” nominasiyasında Oskar alıb. 



5. “Şirin bəla”

Film hüquq təhsili almamasına baxmayaraq, insan sağlamlığını təhlükəyə atan insanlarla bağlı məhkəmələri qazanan bir qadının hekayəsindən bəhs edir. Ekran işində baş rolu Culia Roberts canlandırır.



6. “Apollo 13”

Amerika tarixinin ən dəhşətli hadisələrindən biri kimi xatırlanan Apollo 13 layihəsinə mövzu olan filmdə 1970-ci ildə Aya göndərilən gəmidən bəhs edilir. Rejissorluğunu Ron Houvardın etdiyi filmdə Tom Hanks, Bill Pakston rol alıb.



7. "Şindlerin siyahısı"

Gerçək bir həyat hekayəsinin əks olunduğu film Oskar Şindler adlı iş adamının İkinci Dünya Müharibəsi zamanı qurduğu fabrikdə yəhudiləri işlətməsi və 1100 insanın həyatını xilas etməsinə həsr olunub. Rejissor Steven Spielbergin çəkdiyi ekran işində Liam Neeson rol alıb.



8. “Bacımın hekayəsi”

Ceremi Levenin eyniadlı romanından götürülən ssenari bacı-qardaşın həyatından bəhs edir. 16 yaşında sağalmaz xəstəliyə tutulan Anissa Ayalanın sağalması üçün ailəsi ona donor olması üşün ikinci uşaqlarını dünyaya gətirməyi düşünür. Filmdə Kameran Diaz, Abigail Breslin, Alek Baldvin rol alıb.



9. "Aamazinq Grace”

Film qul ticarətini aradan qaldırmaq üçün çalışan ingislis siyasətçi Kristian Uilyam Uilberforsun həyatından bəhs edir. Ekran işində baş rolu İoan Qruffudd, Albert Finney, Mişel Qambonyer canlandırıb.
 


10. “Sosial ağ”

Film bütün dünyada maraq doğurmuşdu. Ekran işində “Facebook”un qurucusu Mark Zukerberqin və dostlarının hekayəsini əks etdirir. Fimldə Mark obrazını Cesse Eisenberq canlandırıb.

Şərhlər