Toyun sonunda gəlini girov götürdülər
27.08.2015 02:40 Maraqlı 2684
Qazaxıstanda restoran sahibi hesab ödənilmədiyinə görə gəlini girov götürüb.
Reaksiya.az-ın məlumatına görə, toy keçirdikləri məkanın pulunu bütövlüklə ödəyə bilməyən bəyin gəlinini restoran sahibi girov götürüb.
Bəy kredit götürərək, 150 nəfərlik restoranda toy məclisi keçirib. Toy şənliyi bəyə 2 milyon 150 min təngəyə başa gəlib. Restoranın 70 faiz ödənişini edən toy sahibi pulun qalan hissəsini qonaqların verəcəyi pul hədiyyəsi ilə ödəməyi planlaşdırıb.
Lakin dəvət olunan qonaqlardan 30 nəfərin gəlməməsi, bəyin planlarını alt-üst edib. Belə ki, nəticədə təzə bəy 500 min təngə restoranın sahibinə borclu qalıb. Restoran sahibi gəlini girov olaraq götürüb. Restoran sahibi bildirib ki, bəy borcu qaytamayana qədər gəlin girov qalacaq.
Toy təşkilatçılarının sözlərinə görə, Qazaxıstanda toylarda belə hadisələr kifayət qədər sıx rast gəlinən haldır. Qeyd edək ki, analoji hal Ukraynanın Zakarpat ərazisində də baş verib.
Qonaqlardan biri gəlini oğurlayıb. Lakin sonra toy məclisinə geri qaytaran zaman yolda qəza baş verib və maşındakılar ciddi xəsarət alıblar. Yaxınlıqda yerləşən xəstəxanaya yerləşdiriliblər.
Belə hallar hüquq mühafizə orqanları tərəfindən 3 illik həbs qəti imkan tədbiri ilə cəzalandırılırlar.

Şərhlər